Venger: “İngilislər çox yavaş oynayırdılar”
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger İngiltərə yığmasının Avropa çempionatının 1/8 finalında Slovakiyaya qarşı oyunundan danışıb.
Komanda.az “beiN Sports”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis ingilislərin çox yavaş oynadığını bildirib:
“İngilislər çox yavaş oynayırdılar. Sonda onlar öz taktikaları ilə deyil, futbolçuların fərdi keyfiyyətləri sayəsində qalib gələ bildilər”.
İngiltərə yığması əlavə vaxtda Slovakiyanı 2:1 hesabı ilə məğlub edib. Komandanın qollarını Çud Bellingem və Harri Keyn vurub. Qaret Sautqeytin yetirmələri 1/4 finalda İsveçrə yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin