AÇ-2024: “Niderlanda qalib gəlib, pley-offa yüksəlməyə çalışacağıq”
Fransa millisinin baş məşqçisi Didye Deşam AÇ-2024-ün qrup mərhələsində Niderlandla oyun haqda fikirlərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı çalışdırıcı, ilk matçda qalib gələrək birinci tapşırığı yerinə yetirdiklərini bildirib:
“İlk matçda qalib gələrək birinci tapşırığı yerinə yetirdik. İndi ikinci oyunda qalib gəlib, pley-offa yüksəlməyə çalışacağıq. Bir məşqçi kimi mən lazım olan hər şeyi etməliyəm ki, mümkün qədər yaxşı və rəqib üçün təhlükəli oynayaq”.
Bu gün keçiriləcək Niderland – Fransa matçı saat 23.00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin