AÇ-2024: “Heç kim bizi favorit hesab etmirdi”
“Real”ın müdafiəçisi Dani Karvahal İspaniya millisinin AÇ-2024-dəki çıxışından danışıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu heç kimin onları favorit hesab etmədiyini bildirib:
“Heç kim bizi turnirin favoriti hesab etmirdi, bunu bir üstünlük kimi görmək olar. Çempionluğa əsas namizədlər sırasında olduğumuzu sübut etdik. Biz daha çox sərbəst oynaya bilərik. Qarşıda pley-off, çox uzun və çətin yol var. Birincisi, biz Gürcüstanla oyuna diqqət yetirməliyik”.
Luis de la Fuentenin yetirmələri qrup mərhələsində hər üç görüşdə qalib gəlib və heç bir qol buraxmayıb. 1/8 finalda komanda Gürcüstan millisi ilə qarşılaşacaq.
İspaniya və Gürcüstan yığmaları arasında oyun iyunun 30-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin