Martines Ronaldo haqda sualı cavablandırmaq istəməyib

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines 39 yaşlı hücumçu Kriştiano Ronaldonun yığmadakı gələcəyi ilə bağlı sualı cavablandırmayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı hazırda komanda olaraq əziyyət çəkdiklərini bildirib:

“Ronaldo? Hazırda komanda olaraq əziyyət çəkirik. Fərdi həll yolu yoxdur”.

Portuqaliya millisi Almaniyada keçirilən Avropa çempionatından kənarlaşdırılıb. Komanda 1/4 finalda Fransaya uduzub (0:0, 3:5 penaltilər).

Ronaldo turnirin bütün oyunlarında iştirak edib. O, qol vura bilməyib, cəmi bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button