AÇ-2024: “Haverts və Fullkruq ətrafında gedən müzakirələri izləmirəm”

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann alman azarkeşləri narahat edən sualı cavablandırıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Kay Haverts və Niklas Fullkruq ətrafında gedən müzakirələri izləmədiyini bildirib:

“Mən Haverts və Niklas Fullkruq ətrafında gedən müzakirələri izləmirəm. Məşqçilər heyəti və mən kimin oynayacağına qərar verəcəyik. Amma bu, ancaq matçdan əvvəl bəlli olacaq. Onların oyunçular haqqında yazdıqlarını oxumuram, çünki işim kifayət qədərdir. Düşünürəm ki, biz artıq Danimarka ilə oyun üçün heyəti müəyyənləşdirə bilərik”.

“Borussiya”nın forvardı Fullkruq AÇ-2024-ün qrup mərhələsinin hər 3 oyununda meydana sonradan çıxaraq, 2 qol vurmağı bacarıb. “Arsenal”ın hücumçusu Haverts isə bütün matçlarda start heyətində oyuna başlasa da, cəmi bir dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button