Kuman: “Rumıniya millisi həlledici anlarda çox təhlükəli olur”

Niderland millisinin baş məşqçisi Ronald Kuman Avropa çempionatının 1/8 finalında Rumıniya ilə oyundan gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı rumınların çox aqressiv oynayacağını gözlədiyini bildirib:

“Rumınların çox aqressiv oynayacağını gözləyirəm. Onlar fiziki cəhətdən güclüdürlər ki, bu da onlara müdafiədə üstünlük verir. Rumıniya millisi həlledici anlarda çox təhlükəli olur”.

Niderlandla Rumıniya millisi arasındakı görüş iyulun 2-də Münhendəki “Alyanz Arena”da keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button