AÇ-2024: “Avropa çempionatı bizim üçün yeni başlayır”
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəkləri oyun haqda danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı komandada hər şeyin yaxşı olduğunu bildirib:
“Komandada hər şey yaxşıdır, heç kim düşünmür ki, biz artıq nəyəsə nail olmuşuq. Avropa çempionatı bizim üçün yeni başlayır. Biz hər şeyi sıfırdan başlamalıyıq, çünki ard-arda matçlar başlayıb. Bu ritmdə yaşamaq və hər dəqiqədən həzz almaq lazımdır”.
Avstriya – Türkiyə qarşılaşması bu gün keçiriləcək. Matçın start fiti saat 23:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin