AÇ-2024: “Hər şeyin daha yaxşı ola biləcəyini düşünmürəm”
Almaniya millisinini kapitanı İlkay Gündoğan Avropa çempionatında İsveçrə ilə görüşdə 1:1 hesablı heç-heçədən danışıb.
Komanda.az ZDF-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu hər şeyin daha yaxşı ola biləcəyini düşünmədiyini bildirib:
“Düzünü desəm, hər şeyin daha yaxşı ola biləcəyini düşünmürəm. Çox çətin idi. Biz şanslar yaratdıq və sonda qol vura bildik ki, bu da qrup lideri olmağımıza kömək etdi. Biz bundan faydalanmalıyıq”.
Almaniya millisi qrup mərhələsini 7 xalla 1-ci yerdə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin