AÇ-2024: “Həmişə Bellingemlə oyunumuzu necə təkmilləşdirmək barədə danışırıq”
İngiltərə yığmasının kapitanı Harri Keyn Avropa çempionatının 1/8 final mərhələsində Slovakiya ilə oyun öncəsi fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern”in hücumçusu kapitan kimi həmişə milli komandanın oyunçuları ilə danışdığını deyib:
“Kapitan kimi mən həmişə bütün oyunçularla danışıram. Biz həmişə Çud Bellingemlə oyunumuzu necə təkmilləşdirmək barədə danışırıq. Necə daha yaxşı oynaya biləcəyimizi anlamaq üçün Danimarka ilə matçın videoyazısına baxdıq. Mən hələ də yaxşı hərəkət etdiyimizi hiss edirəm, amma yaxşılaşdıra biləcəyimiz şeylər var.
Bellingem yaşına görə “Real”dakı ilk mövsümündə inanılmaz dərəcədə yaxşı çıxış etdi. Bu barədə narahat olmaq lazım deyil. O, özünə yüz faiz inanan əla oğlandır. Biz 1/4 finala çıxmaq və səviyyəmizi yüksəltməyə başlamaq istəyirik”.
İngiltərə – Slovakiya matçı bu gün keçiriləcək və saat 20:00-da başlayacaq.
Bizi Facebook-da izləyin