AÇ-2024: “Gürcüstan millisi ispanlara mütləq problem yaradacaq”

İtaliyalı sabiq məşqçi Fabio Kapello Gürcüstan və İspaniya yığmalarının qarşılaşacağı Avropa çempionatının 1/8 final mərhələ oyunundan gözləntilərini bölüşüb.

Komanad.az xarici KİV-ə istinadən xəbər verir ki 78 yaşlı mütəxəssis Portuqaliya ilə matçda göstərdikləri gözəl futbola görə Gürcüstan millisinə təşəkkür edib:

“Gözəl uşaqlar, Portuqaliya ilə matçda göstərdiyiniz futbola görə çox sağ olun. İspaniya millisi uğurlu rəqib deyil, növbəti mərhələyə çıxmaq ehtimalı azdır. Lakin onlar ispanlara mütləq problem yaradacaqlar”.

Gürcüstan yığması F qrupunun favoriti Portuqaliya üzərində qələbə (2:0) sayəsində Avropa çempionatının pley-off mərhələsinə adlayıb.

İspaniya – Gürcüstan matçı iyunun 30-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button