AÇ-2024: Fransa xokkey hesabı ilə qələbə qazandı

AÇ-2024-ün seçmə mərhələsində 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, daha 3 qrupda 7 oyun keçirilib.

B qrupunda Niderland evdə İrlandiyanı məğlub edərək final mərhələsinə yüksəlib. Fransa millisi isə Cəbəllütariqi 14 cavabsız qolla darmadağın edib.

D qrupundakı matçlardan sonra ikinci vəsiqənin sahibinə sonuncu turda aydınlıq gələcək.

I qrupunda isə Rumıniya İsraili məğlub edib. Bununla da, digər qarşılaşmaların nəticəsindən asılı olmayaraq, Rumıniya və İsveçrə Almaniyada keçiriləcək qitə birinciliyinə vəsiqə qazanıb.

AÇ-2024, seçmə mərhələ

18 noyabr

B qrupu
Fransa – Cəbəllütariq 14:0
Niderland – İrlandiya 1:0
Xal: Fransa – 21, Niderland – 15, Yunanıstan – 12, İrlandiya – 6, Cəbəllütariq – 0.

D qrupu
Ermənistan – Uels 1:1
Latviya – Xorvatiya 0:2
Xal: Türkiyə -16, Xorvatiya – 13, Uels – 11, Ermənistan – 8, Latviya – 3.

İ qrupu
Belarus – Andorra 1:0
İsrail – Rumıniya 1:2
İsveçrə – Kosovo 1:1
Xal: Rumıniya – 19, İsveçrə – 17, İsrail – 12, Kosovo – 11, Belarus – 9, Andorra – 2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button