
AÇ-2024: “Fransa millisi turnirin favoritidir”
Fransa yığmasının və “Yuventus”un sabiq hücumçusu David Trezeqe qarşıdan gələn Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, keçmiş futbolçu, Fransa millisinin turnirin favoriti olduğunu deyib:
“Fransa millisi turnirin favoritidir. İtaliya? Luçano Spalletti komandanın zəngin tarixinin arxasında gizlənməməli, əksinə, özləri qəhrəman olmağa çalışmalıdırlar. Onlar böyüdülər və qalib gəlməyə hazırdırlar”.
AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Fransa millisi Avropa çempionatının qrup mərhələsində Polşa, Avstriya və Niderlandla qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin