AÇ-2024: İngilis futbolçu millinin düşərgəsinə qayıdıb
İngiltərə millisinin yarımmüdafiəçisi Fil Foden 2024-cü il Avropa çempionatında komandanın düşərgəsinə geri dönüb.
Komanda.az xəbər verir ki, bu barədə “Mail Online” məlumat yayıb.
24 yaşlı futbolçu üçüncü övladının dünyaya gəlməsi ilə əlaqədar komandanı tərk etmişdi. Bunu İngiltərə Futbol Assosiasiyası da təsdiqləyib.
Foden Avropa çempionatında İngiltərə millisinin hər 3 matçında iştirak edib.
İngiltərə yığması 3 oyundan 5 xal toplayaraq, qrupda 1-ci yeri tutub. Qaret Sautqeytin komandası Slovakiya yığması ilə mübarizə aparacağı AÇ-2024-ün 1/8 finalına yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin