Torres Fliklə ilk söhbətindən danışdı

“Barselona”nın hücumçusu Ferran Torres yeni baş məşqçi Hans-Diter Fliklə ilk söhbətindən danışıb.

Komnada.az “RAC 1”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu artıq Fliklə danışdığını bildirib:

“Artıq Fliklə danışdım. O, Avropa çempionatının qrup mərhələsindəki uğurlu çıxışından sonra İspaniya millisinin futbolçularını təbrik etdi. Mən onunla “Barselona”da görüşmək, şəxsən danışmaq və sonra mövsümöncəsi məşqdə onun göstərişlərinə əməl etməyə başlamaq istəyirəm”.

Almaniyalı mütəxəssis “Barsa”nın baş məşqçisi postunda Xavini əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button