Mourinyo: “Ən yaxşı komanda qalib gəlir!”

Joze Mourinyo İspaniya yığmasının Avropa çempionatının finalında İngiltərə üzərində qələbəsindən sonra sosial şəbəkədə paylaşım edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqalıyalı mütəxəssis, “Real”ın baş məşqçisi olduğu vaxtda çəkilən Alvaro Morata və Naço Fernandeslə olan şəkilləri paylaşaraq, onları və İspaniya millisinin çalışdırıcısını təbrik edib:

“2024. Kapitan Naço Fernandes Çempionlar Liqasının qalibi. Kapitan Alvaro Morata Avropa çempionatının qalibi. Onları və hələ akademiyada olarkən debüt edən baş məşqçini təbrik edirəm. Cənab Luis de la Fuenteni böyük işə görə təbrik edirəm. Ən yaxşı komanda qalib gəlir!”

“Fənərbaxça”nın baş məşqçisi paylaşımına gülüş ifadələri əlavə edib.

İspaniya və İngiltərə millilərinin qarşılaşdığı Avropa çempionatının final oyunu dünən baş tutub. İspanlar 2:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button