AÇ-2024: “Əminik ki, əla oyun nümayiş etdirə biləcəyik”

Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann komandasının İspaniya millisi ilə AÇ-2024-ün 1/4 final matçında yaxşı çıxış edə biləcəyini gözləyir.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı yaxşı hazırlaşdıqlarını və əla oyun nümayiş etdirə biləcəklərini söyləyib:

“Düşünürəm ki, artıq hazırlıqlarımız tamamlanıb. Start heyətində kimin başlayacağına qərar verdik. Dünən çoxlu fərdi söhbətlər etdik, çoxlu videolara baxdıq. Biz yaxşı hazırlaşmışıq və əminik ki, əla oyun nümayiş etdirə biləcəyik”.

Almaniya və İspaniya milliləri arasında AÇ-2024-ün 1/4 final matçı bu gün keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button