AÇ-2024: “Uyğunlaşmalı olan mənəm, oyunçular mənə uyğunlaşmalı deyil”
Fransa millisinin baş məşqçisi Didye Deşam Avstriya ilə 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 1-ci tur matçı öncəsi məşqçilik tərzindən danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı çalışdırıcı bir oyunçu kimi keçmişindən istifadə etdiyini bildirib:
“Əlbəttə, mən bir oyunçu kimi öz keçmişimdən istifadə etdim. Amma məşqçiliyə uyğunlaşmalı oldum. Çünki uyğunlaşmalı olan mənəm, oyunçular mənə uyğunlaşmalı deyil. Əvvəlki məşqçilərimin işi ilə bağlı yaxşı və müsbət hesab etdiklərimi xatırlamağa çalışıram. Bir oyunçu ilə danışsam və ona onun hisslərini başa düşdüyümü söyləsəm, bu, eyni vəziyyətdə olduğum üçün ola bilər. Digər tərəfdən, mən heç vaxt özümə istinad etməyəcəm və “o vaxtkı məni” müqayisə etməyəcəm. Bu, mənim həyatım deyil, hekayəm deyil, əsas olan oyunçular və indiki məqamdır”.
Fransa millisi ilə Avstriya arasında keçiriləcək qarşılaşma bu gün saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin