
AÇ-2024-də seks-şop qalmaqalı
Almaniyada keçirilən AÇ-2024-də avtomobil markasının reklamı kimi planlaşdırılan seks-şop reklamı ilə bağlı qalmaqal yaranıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin avtomobil istehsalçısı BYD Avropa çempionatında məhsullarını reklam etmək qərarına gəlib. Şirkət reklam yerlərini alıb, lakin bir insident yaranıb.
Belə ki, BYD-nin Almaniyaya məxsus “.de” domen zonasında veb-saytı yoxdur. Şirkətin yalnız “.com” domeni olan veb-saytı var. Eyni zamanda, Almaniyada seks-şopa aid olan BYD.de saytı fəaliyyət göstərir. Avtomobil markasından məhsul axtaran pərəstişkarlar burada qarşılaşıblar.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin