Keçmiş futbolçudan proqnoz: “Fransa 2:1 hesabı ilə qalib gələcək”
Almaniya millisinin sabiq müdafiəçisi Lotar Matteus AÇ-2024-ün yarımfinalında İspaniya – Fransa matçından gözləntilərini bölüşüb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, İspaniya millisinin yaxşı oyunçularının olduğunu bildirib:
“İspaniya millisində əlbəttə ki, yaxşı oyunçular var, lakin onlara çox güclü Fransa rəqib olacaq. Fransızların hücumu hələ təsirli deyil, bu, qəribədir. Amma finala çıxmaq perspektivi bunu dəyişəcək. Düşünürəm ki, Fransa millisi 2:1 hesabı ilə qalib gələcək”.
İspaniya və Fransa milli komandaları arasında yarımfinal oyunu iyulun 9-da Münhendə keçiriləcək və saat 23.00-da start götürəcək.
Didye Deşamın komandası turnirin 1/4 finalında Portuqaliyaya qalib gəlib (0:0, penaltilər 5:3), ispanlar isə Almaniya millisini məğlub edib (2:1).
Bizi Facebook-da izləyin