AÇ-2024: “Koşta bizi ayaqda saxladı”
Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silva AÇ-2024-də Sloveniya ilə matçda Kriştiano Ronaldonun penaltidən yararlanmamasını şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futboçu onun belə vacib anları sevdiyini bildirib:
“Ronaldo səhv etdi, ancaq məsuliyyəti öz üzərinə götürə bilənlər səhv edir. O, belə vacib anları sevir. Qol vuracağını düşünürdü. Ola bilər ki, biz özümüzü praktiki olaraq aşağı pillədə tapa bilərik, lakin Dioqo Koşta bizi ayaqda saxladı”.
Portuqaliya – Sloveniya matçı 0:0 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında Roberto Martinesin yetirmələri daha dəqiq olub – 3:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin