“Ümid edirəm ki, AÇ-2024-də oynayacam” – Ronaldo
Portuqaliyanın millisinin hücumçusu Kriştiano Ronaldo AÇ-2024-də oynayacağına ümid etdiyini bildirib.
Komanda.az “Record”-a istinadən xəbər verir ki, 38 yaşlı forvard Almaniyada keçiriləcək turnirə kimi zədələnməyəcəyinə ümid edir:
“Artıq məqsədimizə nail olmağımız təsadüfi deyil. Ümid edirəm ki, hələ çox uzaqda olsa da, AÇ-2024-də oynayacam. Ümid edirəm, heç bir zədə və ya başqa çətinliklərim olmayacaq”.
AÇ-2024-ün seçmə mərhələsinin 7-ci turunda Portuqaliya Slovakiyaya qalib gəlib (3:2).
Portuqaliya millisi hazırda 21 xalla qrupda birinci, Slovakiya 13 xalla ikinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin