AÇ-2024: “Macarlar şotlandlardan daha aqressiv oynaya bilərlər”

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Avropa çempionatının ikinci turunda Macarıstan yığması ilə görüşdən gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, alman çalışıdırıcı çox şeyin özlərini necə göstərmələrindən asılı olduğunu bildirib:

“Turnirdən əvvəl düşünürdüm ki, macarlar Şotlandiya ilə bərabərdir. Çox şey özümüzü necə göstərməyimizdən asılı olacaq. Rəqibimiz ciddi təzyiq hiss edir, ona görə də, onlar şotlandlardan daha aqressiv oynaya bilərlər”.

Almaniya və Macarıstan milli komandaları arasındakı oyun iyunun 19-da keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button