AÇ-2024: “Biz bütün belçikalı futbolçulara güvənirik”

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Avropa çempionatının 1/8 finalında Fransa ilə oyundan gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı çalışdırıcı komandanın əsas planının rəqibin oyununa uyğunlaşmaq olduğunu bildirib:

“Biz bütün belçikalı futbolçulara güvənirik. Yeganə problem odur ki, meydana cəmi 11 oyunçu çıxara bilirik. Məşqlərdə daha çox şey var və ehtiyat oyunçular skamyasında kimin olacağına qərar vermək çətin məsələdir. Çünki hazırlıqlarda hər kəs fantastik işləyir və hər birinin özünəməxsus xüsusiyyətləri var”.

Fransa millisi iyulun 1-də Belçika yığması ilə qarşılaşacaq. Matçın start fiti saat 20:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button