“Bu sabitlik bizə nəhayət, istədiyimiz kuboku qazanmağa kömək edəcək” – Sautqeyt

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt Avropa çempionatının yarımfinalında Niderland millisi ilə oyundan əvvəl fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, ingiltərəli çalışdırıcı UEFA-nın mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“İngiltərə millisi müntəzəm olaraq böyük turnirlərin son mərhələlərinə çıxır. Bu sabitlik bizə nəhayət, istədiyimiz kuboku qazanmağa kömək edəcək”.

Niderland – İngiltərə matçı bu gün Dortmunddakı “Siqnal İduna Park” stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək.

İlk yarımfinal matçında İspaniya yığması Fransa üzərində 2:1 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button