Ferdinanddan Ardaya “bəy tərifi”

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand türkiyəli yarımmüdafiəçi Arda Gülərin Gürcüstan millisi ilə qarşılaşmada vurduğu qolu dəyərləndirib.

Komanda.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Ardanın sadəcə inanılmaz olduğunu bildirib:

“Bu oğlan sadəcə inanılmazdır. Gözəl futbolçudur. O, AÇ-2024-ə gəldi və belə gözəl qola imza atdı ki, bu da hazırda turnirin ən yaxşısıdır. Təşəkkürlər, Arda Gülər. Gördüklərimi çox bəyənirəm”.

Türkiyə millisi dünən keçirilən qarşılaşmada Gürcüstanı 3:1 hesablı məğlubiyyətə uğradıb. Komanda hesab 1:1 olarkən Ardanın ikinci hissədə vurduğu baxımlı qolla önə keçib.

Arda ​​ötən yay 20 milyon avroya “Fənərbaxça”dan “Real”a keçib. Türkiyəli futbolçu debüt mövsümündə İspaniya çempionatının və Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button