AÇ-2024: “Bu komandanın kapitanı olmaq mənim üçün böyük şərəfdir”

Şotlandiya millisinin müdafiəçisi Endryu Robertson 2024-cü il Avropa çempionatının qrup mərhələsinin ilk turunda Almaniyaya qarşı keçiriləcək oyundan danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, şotlandiyalı futbolçu qarşıdakı oyunda komandanın yaxşı nəticə qazanmasına kömək edəcəyinə ümid etdiyini bildirib:

“Ailəmiz və azarkeşlərimiz Münhenə gəldi. Bizi dəstəkləyəcəklər. Bu komandanın kapitanı olmağı sevirəm. Bu mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, qarşıdakı oyunda komandanın yaxşı nəticə qazanmasına kömək edəcəm”.

Bu gün “Allianz Arena”da Almaniya və Şotlandiya yığmaları arasında oyun keçiriləcək. Matçın start fiti saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button