AÇ-2024: “Bu komandanın kapitanı olmaq mənim üçün böyük şərəfdir”
Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan 2024-cü il Avropa çempionatı ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı futbolçu karyerasında həm böyük qələbələrin, həm də çətin anların olduğunu bildirib:
“Bu komandanın kapitanı olmaq mənim üçün böyük şərəfdir, böyük imtiyazdır. Karyeramda həm böyük qələbələrim, həm də çətin anlarım olub. Uğur qazanmağın nə qədər çətin olduğunu bilirəm. Mən meydanda və meydandan kənarda lider olmaq istəyirəm. Almaniyada insanlar milli komandanın uğur qazanmasını görməyə layiqdirlər”.
AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Almaniya millisi turnirin qrup mərhələsində Şotlandiya, İsveçrə və Macarıstanla qarşılaşacaq.
Bizi Facebook-da izləyin