Rebrov: “Slovakiya güclü komandadır”

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda Slovakiya yığmasına qarşı keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı çalışdırıcı Slovakiyanın güclü komanda olduğunu düşündüyünü bildirib:

“Düşünürəm ki, Slovakiya güclü komandadır. Bu komanda yaxşı klublarda çıxış edən futbolçularla təmsil olunur. Belçika üzərində böyük qələbə qazandılar. Komandamız Rumıniyaya məğlubiyyəti unudub, qarşıdakı oyunda yeni səviyyə nümayiş etdirməlidir”.

Ukrayna millisi ilk turda Rumıniyaya 0:3 hesabı ilə uduzmuşdu. Slovakiya ilə görüş bu gün baş tutacaq və saat 17:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button