AÇ-2024: “Bu, İngiltərəyə baha başa gələ bilər”
“Liverpul”un keçmiş müdafiəçisi Cimi Karrager İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytin hücumçu Harri Keyndən səhv istifadə etdiyini düşünür.
Komanda.az xəbər verir ki, ingiltərəli keçmiş futbolçu bu barədə “Daily Mail” nəşrinə açıqlama verib:
“Sautqeyt AÇ-2024-ün qalan hissəsində eyni sistemdən istifadə etməyə davam edərsə, İngiltərənin “9 nömrə”si bundan əziyyət çəkəcək. Bəlkə də, çox güclü şəkildə. Keyn oyuna təsir etmək üçün qol vurmağa ehtiyac duymur. O, çox asanlıqla yalançı hücumçu, mərkəz və ya hücumameyilli yarımmüdafiəçi kimi oynaya bilər. Ancaq hazırda komanda yoldaşlarının səviyyəsini nəzərə alsaq, Keyni “10-luq” rolunda istifadə etmək qəribə olardı. Bu, İngiltərəyə baha başa gələ bilər”.
AÇ-2024-ün qrup mərhələsinin ilk matçında İngiltərə millisi Serbiya ilə qarşılaşıb. Qarşılaşma İngiltərə yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Almaniyada keçirilən AÇ-2024 iyulun 14-dək davam edəcək. İngiltərə millisi C qrupunda Serbiya, Sloveniya və Danimarka ilə mübarizə aparır.
Bizi Facebook-da izləyin