AÇ-2024: Bu gün İspaniya – İtaliya matçı keçiriləcək

Bu gün Avropa çempionatında qrup mərhələsinin 2-ci turunun növbəti oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, günün ilk oyunu Münhen şəhərində Sloveniya və Serbiya yığmaları arasında baş tutacaq. Sloveniyalılar C qrunun ilk matçında Danimarka ilə bərabərə qalıblar – 1:1. Serblər isə İngiltərəyə 0:1 hesabı ilə məğlub olublar.

Bu qrupun digər oyununda Danimarka və İngiltərə milli komandaları üz-üzə gələcək.

B qrupunda isə maraqla gözlənilən İspaniya – İtaliya matçı keçiriləcək. İspaniya millisi İlk turda Xorvatiyaya 3:0, İtaliya isə Albaniyaya 2:1 hesabı ilə qalib gəlib.

AÇ-2024, 2-ci tur

20 iyun

C qrupu

17:00. Sloveniya – Serbiya
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Münhen, “Alyans Arena”

20:00. Danimarka – İngiltərə
Baş hakim: Artur Diaş (Portuqaliya)
Frankfurt, “Valdştadion”

B qrupu

23:00. İspaniya – İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Helzenkirhen, “Feltins Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button