AÇ-2024: Bu gün ikinci finalçı məlum olacaq

Bu gün Almaniyada təşkil olunan Avropa çempionatında ikinci finalçının adına aydınlıq gələcək.

Komanda.az xəbər verir ki, yarımfinal mərhələsinin son matçında Niderland və İngiltərə milliləri üz-üzə gələcək.

İngiltərə millisi 1/4 finalda penaltilər seriyasında İsveçrəni üstələyib. Niderland isə Türkiyə yığmasını mübarizədən kənarlaşdırıb.

Oyun saat 23:00-da Dortmund şəhərindəki “Siqnal İduna Park” stadionunda start götürəcək.

Yarımfinalın ilk görüşündə Fransa millisini 2:1 hesabı ilə məğlub edən İspaniya finala yüksəlib.

AÇ-2024, yarımfinal

10 iyul

23:00. Niderland – İngiltərə
Baş hakim: Feliks Şvayer (Almaniya)
Dortmund, “Siqnal İduna Park”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button