AÇ-2024: Bu gün daha iki qrupda oyunlar keçiriləcək

Bu gün Avropa çempionatının qrup mərhələsinin 1-ci turu çərçivəsində daha üç oyun keçiriləcək.

Komanda.az xəbər verir ki, üçüncü oyun günündə D və C qrupunda görüşlər olacaq.

Günün ilk matçı D qrupunda keçiriləcək. Polşa və Niderland milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunun start fiti saat 17:00-da səslənəcək.

C qrupunda isə Sloveniya yığması Danimarkanı, Serbiya İngiltərə millisini sınağa çəkəcək.

AÇ-2024, 1-ci tur

16 iyun

D qrupu

17:00Polşa – Niderland
Baş hakim: Artur Diaş (Portuqaliya)
Hamburq, “Folksparkştadion” stadionu

C qrupu

20:00. Sloveniya – Danimarka
Baş hakim: Sandro Şerer (İsveçrə)
Ştutqart, “MHP Arena” stadionu

23:00. Serbiya – İngiltərə
Baş hakim: Daniele Orsato (İtaliya)
Helzenkirhen, “Feltins Arena” stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button