AÇ-2024: Bu gün daha 9 oyun keçiriləcək
Bu gün AÇ-2024-ün seçmə mərhələsində növbəti oyunlara start veriləcək.
Komanda.az xəbər verir ki, ilk gündə 9 görüş keçiriləcək.
A və F qrupunda müvafiq olaraq İspaniya, Şotlandiya, Belçika və Avstriya final mərhələsinə vəsiqə qazanıb. G qrupunda Macarıstan, J qrupunda isə Portuqaliya əvvəlki turlarda vəsiqəni rəsmiləşdirib.
Daha əvvəl Fransa, Türkiyə və İngiltərə də Almaniyanın ev sahibliyi edəcəyi Avropa çempionatına vəsiqə qazanıb.
AÇ-2024, seçmə mərhələ
16 noyabr
A qrupu
21:00. Kipr – İspaniya
21:00. Gürcüstan – Şotlandiya
Xal: İspaniya – 15 (6 oyun), Şotlandiya – 15 (6), Norveç – 10 (7), Gürcüstan – 7 (6), Kipr – 0 (7)
F qrupu
21:00. Azərbaycan – İsveç
21:00. Estoniya – Avstriya
Xal: Belçika – 17 (7), Avstriya – 16 (7), İsveç – 7 (6), Azərbaycan – 4 (6), Estoniya – 1 (6)
G qrupu
21:00. Bolqarıstan – Macarıstan
23:45. Monteneqro – Litva
Xal: Macarıstan – 14 (6), Serbiya – 13 (7), Monteneqro – 8 (6), Litva – 6 (7), Bolqarıstan – 2 (6)
J qrupu
23:45. Lixtenşteyn – Portuqaliya
23:45. Lüksemburq – Bosniya və Herseqovina
23:45. Slovakiya – İslandiya
Xal: Portuqaliya – 24 (8), Slovakiya – 16 (8), Lüksemburq – 11 (8), İslandiya – 10 (8), Bosniya və Herseqovina – 9 (8), Lixtenşteyn – 0 (8)
Bizi Facebook-da izləyin