AÇ-2024: Bu gün daha 7 oyun keçiriləcək

AÇ-2024-ün seçmə mərhələsində bu gün daha 3 qrupda 7 oyun keçiriləcək.

Komanda.az xəbər verir ki, E qrupunda Albaniya və Çexiya rəqiblərini məğlub etsələr, final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəklər.

H qrupunda Danimarka – Sloveniya matçının qalibinin Avropa çempionatında iştirakı dəqiqləşəcək. Bu qarşılaşma, eləcə də, Qazaxıstan – San Marino görüşü heç-heçə nəticələnsə, o zaman həm Sloveniya, həm də Danimarka vəsiqə qazananlar sırasına qoşulacaq.

C qrupunda isə İngiltərə millisi final mərhələsinə vəsiqəni öncədən təmin edib.

AÇ-2024, seçmə mərhələ

17 noyabr

C qrupu
23:45. İngiltərə – Malta
23:45. İtaliya – Şimali Makedoniya
Xal: İngiltərə – 16, Ukrayna – 13, İtaliya – 10, Şimali Makedoniya – 7, Malta – 0.

E qrupu
21:00. Moldova – Albaniya
23:45. Polşa – Çexiya
Xal: Albaniya – 13, Çexiya – 11, Polşa – 10, Moldova – 9, Farer adaları – 1.

H qrupu
19:00. Qazaxıstan – San Marino
21:00. Finlandiya – Şimali İrlandiya
23:45. Danimarka – Sloveniya
Xal: Sloveniya – 19, Danimarka – 19, Qazaxıstan – 15, Finlandiya – 12, Şimali İrlandiya – 6, San Marino – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button