AÇ-2024: Bu gün D və C qruplarında son oyunlar keçiriləcək

Bu gün Avropa çempionatının qrup mərhələsində 3-cu turun növbəti görüşləri keçiriləcək.

Komanda.az xəbər verir ki, D və C qruplarında mübarizəyə yekun vurulacaq.

Berlində Niderland və Avstriya komandaları üz-üzə gələcək. Hazırda D qrupunun lideri olan Niderland millisinin 4, Avstriyanın isə 3 xalı var.

Qrupun digər komandaları Fransa və Polşa isə Dortmundda qarşılaşacaq.

C qrupunda İngiltərə millisi Sloveniyanı sınağa çəkəcək. Qrup lideri İngiltərə 4, Sloveniya isə 2 xala malikdir.

Qrupun digər matçında ikinci pillədəki Danimarka qrup sonuncusu Serbiya ilə münasibətlərə aydınlıq gətirəcək. Danimarka millisinin 2, Serbiyanın isə 1 xalı var.

25 iyun

AÇ-2024, 3-cü tur

D qrupu

20:00. Niderland – Avstriya
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Berlin Olimpiya Stadionu

20:00. Fransa – Polşa
Baş hakim: Marko Quida (İtaliya)
Dortmund, “Siqnal İduna Park”

C qrupu

23:00. İngiltərə – Sloveniya
Baş hakim: Klement Turpin (Fransa)
Köln, “Reyn Enerqi” stadionu

23:00. Danimarka – Serbiya
Baş hakim: Fransua Leteksye (Fransa)
Münhen, “Alyans Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button