
AÇ-2024: Bu gün çempion məlum olacaq
Bu gün Almaniyada təşkil olunan Avropa çempionatının qalibi məlum olacaq.
Komanda.az xəbər verir ki, final oyununda İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.
Berlindəki Olimpiya stadionunda keçiriləcək matç saat 23:00-da başlayacaq.
İngiltərə millisi yarımfinalda Niderlanda 2:1 hesabı ilə qalib gəlib. İspaniya yığması isə Fransadan üstün olub – 2:1.
AÇ-2024, final
14 iyul
23:00. İspaniya – İngiltərə
Baş hakim: Fransua Leteksye (Fransa)
Berlin, Olimpiya stadionu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin