AÇ-2024: Bu gün 9-cu turun son matçları keçiriləcək
Bu gün AÇ-2024-ün seçmə mərhələsində 9-cu tura yekun vurulacaq.
Komanda.az xəbər verir ki, 4 komanda son tur ərəfəsində final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. B qrupunda Niderland millisi evdə İrlandiyadan 3 xal alarsa, hədəfinə çatacaq.
D qrupunda Uels və Latviyanın qalibiyyəti təqdirində birincilər final mərhələsində iştirak hüququna yiyələnəcəklər.
İ qrupunda isə Rumıniya İsrailə uduzmasa, digər qarşılaşmaların nəticəsindən asılı olmayaraq, Rumıniya və İsveçrə Almaniyadakı qitə birinciliyinə bilet ala biləcəklər.
AÇ-2024, seçmə mərhələ
18 noyabr
B qrupu
23:45. Fransa – Cəbəllütariq
23:45. Niderland – İrlandiya
Xal: Fransa – 18 xal, Niderland – 12, Yunanıstan – 12, İrlandiya – 6, Cəbəllütariq – 0
D qrupu
18:00. Ermənistan – Uels
21:00. Latviya – Xorvatiya
Xal: Türkiyə -16, Uels – 10, Xorvatiya – 10, Ermənistan – 7, Latviya – 3
İ qrupu
21:00. Belarus – Andorra
23:45. İsrail – Rumıniya
23:45. İsveçrə – Kosovo
Xal: İsveçrə – 16, Rumıniya – 16, İsrail – 12, Kosovo – 10, Belarus – 6, Andorra – 2
Bizi Facebook-da izləyin