AÇ-2024: Bu gün 8-ci turun son oyunları keçiriləcək

Bu gün AÇ-2024-ün seçmə mərhələsində 8-ci tura yekun vurulacaq.

Komanda.az xəbər verir ki, C qrupunda İngiltərə, G qrupunda Macarıstan, H qrupunda isə Danimarka final mərhələsinə vəsiqə qazana bilərlər. İngiltərə və Macarıstan qələbə təqdirində buna nail olacaqlarsa, Danimarka qrupun digər görüşlərində də ona sərf edən nəticələrə ümid etməlidir.

İndiyədək turnirin ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya Avropa çempionatına vəsiqəni rəsmiləşdiriblər.

AÇ-2024, seçmə mərhələ, 8-ci tur

17 oktyabr

C qrupu
22:45. Malta – Ukrayna
22:45. İngiltərə – İtaliya
Xal: İngiltərə – 13 (5 oyun), İtaliya – 10 (5), Ukrayna – 10 (6), Şimali Makedoniya – 7 (6), Malta – 0 (6)

G qrupu
22:45. Litva – Macarıstan
22:45. Serbiya – Monteneqro
Xal: Macarıstan – 13 (5), Serbiya – 10 (6), Monteneqro – 8 (5), Litva – 5 (6), Bolqarıstan – 2 (6)

H qrupu
20:00. Finlandiya – Qazaxıstan
22:45. Şimali İrlandiya – Sloveniya
22:45. San Marino – Danimarka
Xal: Sloveniya – 16 (7), Danimarka – 16 (7), Finlandiya – 12 (7), Qazaxıstan – 12 (7), Şimali İrlandiya – 6 (5), San Marino – 0 (7)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button