AÇ-2024: Bu gün 3 vəsiqənin taleyinə aydınlıq gələcək
AÇ-2024-ün seçmə mərhələsi başa çatmaq üzrədir.
Komanda.az xəbər verir ki, C, E və H qruplarında finala bərabər oyunlar keçiriləcək. Ukrayna – İtaliya, Çexiya – Moldova və Sloveniya – Qazaxıstan matçlarının nəticələri final mərhələsinə vəsiqə qazanacaq növbəti üç komandanın adına aydınlıq gətirəcək. Bu cütlərdə Ukrayna, Moldova və Qazaxıstan qitə birinciliyinə yollanmaq üçün mütləq qalib gəlməlidirlər. Əks təqdirdə, onların rəqibləri Almaniyada təşkil olunacaq turnirdə iştirak hüququna yiyələnəcəklər.
AÇ-2024, seçmə mərhələ, 10-cu tur
20 noyabr
C qrupu
23:45. Şimali Makedoniya – İngiltərə
23:45. Ukrayna – İtaliya
Xal: İngiltərə – 19, İtaliya – 13, Ukrayna – 13, Şimali Makedoniya – 7, Malta – 0
E qrupu
23:45. Albaniya – Farer adaları
23:45. Çexiya – Moldova
Xal: Albaniya – 14, Çexiya – 12, Polşa – 11, Moldova – 10, Farer adaları – 1
H qrupu
23:45. Şimali İrlandiya – Danimarka
23:45. San Marino – Finlandiya
23:45. Sloveniya – Qazaxıstan
Xal: Danimarka – 22, Sloveniya – 19, Qazaxıstan – 18, Finlandiya – 15, Şimali İrlandiya – 6, San Marino – 0
Bizi Facebook-da izləyin