AÇ-2024: Bu gün 3-cü tura start veriləcək

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində bu gün 3-cü tura start veriləcək.

Komanda.az xəbər verir ki, ilk olaraq A qrupunda iki oyun baş tutacaq.

1/8 final mərhələsinə vəsiqəni təmin edən Almaniya millisi İsveçrəni sınağa çəkəcək.

Şotlandiya isə Macarıstanla üz-üzə gələcək. Hər iki oyun saat 23:00-da başlayacaq.

AÇ-2024 iyulun 14-də başa çatacaq.

AÇ-2024, 3-cü tur

23 iyul

A qrupu

23:00. İsveçrə – Almaniya
Baş hakim: Daniele Orsato (İtaliya)
Frankfurt, “Valdştadion”

23:00. Şotlandiya – Macarıstan
Baş hakim: Fakundo Telyo (Argentina)
Ştutqart, “MHP Arena” stadionu

Xal: Almaniya – 6, İsveçrə – 4, Şotlandiya – 1, Macarıstan – 0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button