AÇ-2024: Bu gün 1/8 finalın son oyunları keçiriləcək

Bu gün Almaniyada keçirilən Avropa çempionatında 1/8 final oyunlarına yekun vurulacaq.

Komanda.az xəbər verir ki, keçiriləcək iki oyundan sonra 1/4 final mərhələsinin bütün iştirakçılarının adları məlum olacaq.

Günün ilk matçında Rumıniya ilə Niderland millisi qarşılaşacaq. Oyun Münhendəki “Alyans Arena”da keçiriləcək.

Digər matçda isə Avstriya yığması ilə Türkiyə üz-üzə gələcək. Oyun Leyptsiq şəhərindəki “Red Bull Arena”da təşkil olunacaq.

AÇ-2024, 1/8 final

2 iyul

20:00. Rumıniya – Niderland
Baş hakim: Feliks Şvayer (Almaniya)
Münhen, “Alyans Arena”

23:00. Avstriya – Türkiyə
Baş hakim: Artur Diaş (Portuqaliya)
Leyptsiq, “Red Bull Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button