
AÇ-2024: Bu gün 1/8 finalın daha iki oyunu keçiriləcək
Bu gün Avropa çempionatında 1/8 final mərhələsinin daha iki oyunu baş tutacaq.
Komanda.az xəbər verir ki, əvvəlcə İngiltərə və Slovakiya komandaları üz-üzə gələcək. Helzenkirhendəki “Feltins Arena”da keçiriləcək matçın start fiti saat 20:00-da səsləndiriləcək.
Günün digər oyunu Kölndəki “Reyn Enerqi” stadionunda, İspaniya və Gürcüstan milliləri arasında keçiriləcək. Bu qarşılaşma saat 23:00-da başlayacaq.
AÇ-2024, 1/8 final
30 iyun
20:00. İngiltərə – Slovakiya
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Helzenkirhen, “Feltins Arena”
23:00. İspaniya – Gürcüstan
Baş hakim: Fransua Leteksye (Fransa)
Köln, “Reyn Enerqi” stadionu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin