AÇ-2024: Bu gün 1/4 finalın iki oyunu keçiriləcək

Bu gün Almaniyada təşkil olunan Avropa çempionatında bu gün 1/4 final oyunlarına start veriləcək.

Komanda.az xəbər verir ki, günün ilk matçında İspaniya və Almaniya yığmaları üz-üzə gələcək. İspaniya 1/8 finalda Gürcüstanı (4:1), almanlar isə Danimarkanı (2:0) mübarizədən kənarlaşdırıb. Oyun Ştutqart şəhərindəki “MHP Arena”da keçiriləcək.

Növbəti matçda isə Portuqaliya və Fransa milliləri qarşılaşacaq. Portuqaliyalılar əvvəlki mərhələdə Sloveniyanı (0:0, penaltilər seriyasında 3:0), fransızlar isə Belçikanı (1:0) məğlub ediblər. Bu oyun Hamburqdakı “Folksparkştadion”da olacaq.

1/4 finalın digər iki görüşü iyulun 6-da keçiriləcək.

AÇ-2024, 1/4 final

5 iyul

20:00. İspaniya – Almaniya
Baş hakim: Entoni Teylor (İngiltərə)
Ştutqart, “MHP Arena”

23:00. Portuqaliya – Fransa
Baş hakim: Maykl Oliver (İngiltərə)
Hamburq, “Folksparkştadion”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button