AÇ-2024: “Biz 1/4 finala çıxmaq və Almaniya ilə qarşılaşmaq istəyirdik”
İspaniya millisinin baş məşqçisi Lui de la Fuente Avropa çempionatının 1/4 finalında Almaniyaya qarşı keçirəcəkləri oyun haqda fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı oyunçuların çox xoşbəxt olduğunu deyib:
“Oyunçular çox xoşbəxtdirlər, biz 1/4 finala çıxmaq və Almaniya ilə qarşılaşmaq istəyirdik. Möhkəm dayanıb işləməyə davam etməliyik.
Əvvəlcə bərpa haqqında düşünmək lazımdır və yalnız bundan sonra oyuna hazırlaşmağa başlamalısız. Bizim çoxlu güclü tərəflərimiz var və biz eyni dərəcədə keyfiyyətli komandayla qarşılaşacağıq”.
İspaniya millisi iyulun 5-də turnirin ev sahibi ilə yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq. İspanlar 1/8 finalda Gürcüstanı (4:1), Almaniya isə Danimarkanı (2:0) məğlub edib.
Bizi Facebook-da izləyin