AÇ-2024: “Bizi qarşıda çətin matç gözləyir”

Niderland millisinin kapitanı Vircil van Dayk AÇ-2024-dəki növbəti oyun haqda danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı futbolçu onları qarşıda yüksək intensivliyin olacağı çətin matçın gözlədiyini bildirib:

“Hamı başa düşür ki, bizi qarşıda yüksək intensivliyin olacağı çətin matç gözləyir. İndi biz “sağalmalıyıq”, sonra oyunu təhlil edib, nəyi dəyişdirmək lazım olduğunu görməliyik. Bütün bunlar bizim diqqət mərkəzimizə çevriləcək”.

Niderland – Avstriya görüşü iyunun 25-də baş tutacaq. Matçın start fiti saat 20:00-da səslənəcək.

Niderland millisi iyunun 21-də Fransa ilə qolsuz heç-heçə edib. Ronald Kumanın komandasının qrupda 4 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button