AÇ-2024: “Nə etməli olduğumuzu yaxşı bilirik”

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov 2024-cü il Avropa çempionatının startı ərəfəsində media nümayəndələrinə danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı çalışdırıcı milli komandanın ciddi hazırlaşdığını bildirib:

“Biz nə etməli olduğumuzu yaxşı bilirik. Komanda ciddi hazırlaşır. Hələ belə bir turnirdə məşqçilik təcrübəm yoxdur, amma oyunçularımın əhval-ruhiyyəsini görürəm. Bütün oyunçular Ukrayna üçün ən yaxşısını göstərmək istəyir”.

Ukrayna millisi Belçika, Slovakiya və Rumıniya yığmaları ilə eyni qrupda mübarizə aparacaq. Rebrovun yetirmələri ilk görüşdə rumınlarla qarşılaşacaq. Oyun iyunun 17-də baş tutacaq.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button