AÇ-2024: “İstənilən rəqibi məğlub etməyə qadirik”

Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos 2024-cü il Avropa çempionatında çıxışı ilə bağlı gözləntilərini bölüşüb:

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu vəzifələrinin yaxşı oyun göstərmək olduğunu bildirib:

“Bizim vəzifəmiz yaxşı oyun göstərməkdir. Bütün riskləri azaltmalı və oyunumuzdakı problemli məsələləri düzəltmək lazımdır. Təkmilləşdirmə üçün həmişə yer var. Bu komandanın hansı potensiala sahib olduğunu çox yaxşı bilirəm. Biz istənilən rəqibi məğlub etməyə qadirik”.

İyunun 14-dən iyulun 14-dək Almaniyanın futbol stadionlarında Avropa çempionatı keçiriləcək. Almaniya millisi qrup mərhələsində Şotlandiya, İsveçrə və Macarıstan komandaları ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button