AÇ-2024: “Hələ nümayiş etdirmək istədiyimiz futbolu göstərməmişik”

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda Sloveniya yığması ilə qarşıdakı görüşlə bağlı fikirlərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı nümayiş etdirmək istədikləri futbolu hələ göstərmədiklərini bildirib:

“Komanda oyundan əvvəl yüksək motivasiyaya malikdir. Biz hələ nümayiş etdirmək istədiyimiz futbolu göstərməmişik. Qrupumuzda birinci olmaq imkanımız var. Bu, vacib an ola bilər”.

İngiltərə və Sloveniya yığmaları arasındakı qarşılaşma bu gün keçiriləcək və saat 23:00-da start götürəcək. İngilislər bu görüşə qədər 4 xalla qrupa başçılıq edirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button