AÇ-2024: “Biz fransalılardan nə gözlədiyimizi bilirik”

Niderland millisinin baş məşqçisi Ronald Kuman 2024-cü il Avropa çempionatının qrup mərhələsinin ikinci turunda Fransa yığmasına qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı çalışdırcı son illər bu rəqiblə tez-tez qarşılaşdıqlarını bildirib:

“Son illər bu rəqiblə tez-tez qarşılaşırıq. Biz fransalılardan nə gözlədiyimizi bilirik. Komandam yaxşı nəticə əldə etmək üçün ən yaxşı futbolunu nümayiş etdirməli olacaq”.

Niderland – Fransa qarşılaşması iyunun 21-də keçiriləcək.

Kumanın komandası qrup mərhələsinin ilk turunda Polşanı 2:1, Fransa isə Avstriyanı minimal hesabla (1:0) məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button