AÇ-2024: Belçika millisinin yekun heyəti açıqlanıb
Belçika millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti məlum olub.
Komanda.az xəbər verir ki, baş məşqçi Domeniko Tedesko siyahıya 25 oyunçunun adını daxil edib:
Qapıçılar: Koen Kastels (“Volfsburq”, Almaniya), Tomas Kaminski (“Luton Tovn”, İngiltərə), Natz Sels (“Nottinqem Forest”, İngiltərə);
Müdafiəçilər: Timoti Kastan (“Fulhem”, İngiltərə), Maksim De Kuyper (“Brügge”, Belçika), Vut Faes (“Lester”, İngiltərə), Tomas Menye (“Trabzonspor”, Türkiyə), Artur Teate (“Renn”, Fransa), Yan Vertongen, Zeno Debast (hər ikisi “Anderlext”), Aksel Vitsel (“Atletiko” Madrid, İspaniya);
Yarımmüdafiəçilər: Kevin De Bryune (“Mançester Siti”, İngiltərə), Orel Manqala (“Lion”, Fransa), Amadu Onana (“Everton”, İngiltərə), Yuri Tilemans (“Aston Villa”, İngiltərə), Artur Vermeren (“Atletiko” Madrid, İspaniya);
Hücumçular: Yohan Bakoyoko (PSV, Niderland), Yannik Karrasko (“Atletiko”, Madrid, İspaniya), Karles De Ketelare (“Atalanta”, İtaliya), Ceremi Doku (“Mançester Siti”, İngiltərə), Romelu Lukaku (“Roma”, İtaliya), Dodi Lukobakio (“Sevilya”, İspaniya), Leandro Reossar (“Arsenal”, İngiltərə).
Belçika yığması 14 iyun-14 iyul aralığında baş tutacaq AÇ-2024-ün E qrupunda Rumıniya, Slovakiya və Ukrayna milliləri ilə üz-üzə gələcək.
Bizi Facebook-da izləyin